Rusiyada siyasi qətl: Boris Nemtsov güllələndi - FOTO

Rusiyada siyasi qətl: Boris Nemtsov güllələndi - FOTORusiyanın tanınmış dövlət xadimi və siyasətçisi, Yaroslavl şəhər dumasının deputatı Boris Nemtsov Moskvanın mərkəzində güllələnib.

Teleqraf.com-un məlumatına görə, bu barədə "İnterfaks" agentliyi hüquq-mühafizə orqanlarına istinadən informasiya yayıb. Mənbənin məluatına görə, Nemtsova ağ rəngli avtomobil yaxınlaşıb. Avtomobildəki naməlum şəxslər ona 4 dəfə atəş açıblar. Bundan sonra avtomobili sürüb aradan çıxıblar. Boris Nemtsov aldığı güllə yaralarından hadisə yerindəcə keçinib.

Nemtsov martın 1-də keçirilməsi planlaşdırılan "Vesna" ("Bahar") antiböhran marşının təşkilatçılarından biri idi.


Rusiyada siyasi qətl: Boris Nemtsov güllələndi - FOTO
Rusiyada siyasi qətl: Boris Nemtsov güllələndi - FOTO






Fikirlər