Temperatur yüksəlir...

Temperatur yüksəlir...Bu gün martın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Şimal-şərq küləyi əsəcək, havanın temperaturu gecə 4-6, gündüz 10-15 dərəcə olacaq.

Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Gecə və səhər şərq rayonlarında yağıntı olacağı ehtimalı var.

Şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 3-8, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.






Fikirlər