Soyuqdan sonra əsl yaz havası..

Soyuqdan sonra əsl yaz havası..Soyuqdan sonra əsl yaz havası..









Bu gün Azərbaycanda mülayim, nisbətən isti hava şəraiti müşahidə olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, aprelin 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən, yağmursuz olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 5-8, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

Aprelin 15-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-7, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.






Fikirlər