27.06.2014.- Bu gün 35 dərəcə isti olacaq - HAVA PROQNOZU

27.06.2014.- Bu gün 35 dərəcə isti olacaq - HAVA PROQNOZUEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, iyunun 27-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Gündüz cənub küləyi axşam şimal küləyi ilə əvəzlənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcə isti olacaq.

İyunun 27-də Azərbaycanın bölgələrində hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə, əsasən şimal və qərb rayonlarında şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacaq.






Fikirlər