TƏRTƏR və Ağdamda da zəhərlənmə: 21 pambıqçı XƏSTƏXANALIQ OLDU

Tərtər və Ağdamda da zəhərlənmə: 21 pambıqçı xəstəxanalıq oldu

Tərtərdə pambıq sahəsində işləyən 19 nəfər zəhərlənmə diaqnozu ilə Yevlax xəstəxanasına müraciət edib.
APA xəbər verir ki, rayonun Xoruzlu kəndində pambıq sahəsində çalışan işçilər kimyəvi maddədən zəhərlənmə diaqnozu ilə Yevlax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, müraciət edənlər Tərtər rayonu ərazisindən gələn Yevlax rayon sakinləridir. Xəstəxanaya yerləşdirilənlərin bir qismi ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digərlərinin vəziyyəti isə kafidir.
Qeyd edək ki, analoji hadisə Ağdamda da qeydə alınıb. Xəstəxanaya müraciət edən 2 nəfər pambıqçı qida zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib.
Hər iki faktla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin Təftiş və dövlət nəzarəti şöbəsində araşdırma aparılır.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi