PAMBIQ TARLASINDAKI zəhərlənmə ilə bağlı iclas keçirildi - Nazir TAPŞIRIQLAR VERDİ

Pambıq tarlasındakı zəhərlənmə ilə bağlı iclas keçirildi - Nazir tapşırıqlar verdi

Kənd Təsərrüfatı Nazirliyində İmişlidə pambıq tarlasında baş verən kütləvi zəhərlənmə ilə bağlı iclas keçirilib.

Nazirlikdən verilən məlumata görə, kənd təsərrüfatı naziri İnam Kərimovun da iştirak etdiyi iclasda bölgələrin kənd təsərrüfatı idarəsinin rəhbərlərinə tapşırıqlar verilib.

Qurumdan bildirilib ki, pambıq sahələrində təhlükəsizlik tədbirləri gücləndirilməli, yerlərdə sahibkarlarla görüşlər keçirilməlidir: "Yerlərə tapşırıqlar verildi ki, marifləndirmə tədbirləri gücləndirilsin. Əvvəllər də bu cür marifləndirmə işləri aparılmışdı, mütəmadi məlumatlar verilmişdi, təhlükəsizlik qaydalarına riayət olunması ilə bağlı təlimatlar təqdim olunmuşdu. Amma indi kənd təsərrüfatı idarələrinin cəlb olunması ilə daha gücləndirilmiş tədbirlər həyata keçirilməsi barədə tapşırıqlar verildi. Kənd təsərrüfatı idarələrinin rəisləri fermer və sahibkarlarla görüşlər keçirməli, onları bu barədə marifləndirməlidirlər".

Nazirlikdən bildiriblər ki, hazırda İmişli, Tərtər və Saatlı rayonlarındakı pambıq tarlalarında baş vermiş hadisələrlə bağlı araşdırmalar aparılır: "Hadisə ilə bağlı araşdırmalar aparılır, hər 3 hadisə barədə prokurorluqda cinayət işi başlanıb".

Xatırladaq ki, iyunun 19-da İmişli rayonunda pambıq sahəsində kütləvi zəhərlənmə hadisəsi baş verib. Nəticədə 141 nəfər xəstəxanaya müraciət edib. Hazırda 12 nəfərin müalicəsi davam etdirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Tərtər və Saatlı rayonlarında da anoloji hadisələr baş vermişdi. Dünın isə Yevlaxda belə bir hadisə baş verib. (trend)






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi