Bəzi ərazilərdə yağış yağacaq...

Bəzi ərazilərdə yağış yağacaq...Aprelin 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, səhər bəzi yerlərdə havanın çiskinli olacağı, gecəyə doğru isə yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturunun gecə 5-8° isti, gündüz 11-15° isti olacağı gözlənilir.






Fikirlər