Bakıda daha bir avtobus QƏZA TÖRƏTDİ - YARALILAR VAR

Bakıda marşrut avtobusu qəzaya uğrayıb.
Trend xəbər verir ki, hadisə aeroport yolunun Xəzər rayonu ərazisindən keçən hissəsində baş verib.
Binə qəsəbəsindən hava limanı istiqamətində 136 saylı xətt marşrutu üzrə hərəkətdə olan "Daewoo" markalı avtobusla eyni istiqamətdə olan "Opel" markalı minik avtomobili toqquşub.
Hadisə nəticəsində avtobusun sərnişinləri-1988-ci il təvəllüdlü Mirzəcanova Nigar Hüseynağa qızı, qadının 2 yaşlı oğlu Mirzəcanlı Ayaz Elgün oğlu və "Opel" markalı avtomobildə olan 1999-cu il təvəllüdlü Haşımova Aydan Haşım qızı bədənin müxtəlif dərəcəli xəsarətləri ilə 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, hazırda yaralıların vəziyyəti sabitdir. Yaralılardan N.Mirzəcanovanın burun sümüyü sınıb, A.Mirzəcanlı sifət nahiyəsindən xəsarət alıb, A.Haşımovanın isə döş qəfəsi əzilib.






Fikirlər

Şərh müəllifi: mens wigs uk                 Tarix: 22 noyabr 2018 07:44                 [ Cavabla ]
balmain hair reviews wrap ponytail extensions clip hair hair tattoo cost in india curly afro wig human hair hair extensions celebrity hair transplant cost jumbo braid ponytail hairstyles hair extensions annabelle hair browser extensions safari human hair 9 99 lace front wigs nano ring hair extensions pros and cons mens wigs uk

                        

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi