Sumqayıtda YÜK MAŞINI qəza törətdi: 1 ölü, 3 YARALI

Sumqayıt şəhərində ölümlə nəticələnən yol qəzası baş verib. Modern.az"Report"a istinadən xəbər verir ki, hadisə  Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində  qeydə alınıb. "Kamaz" və "VAZ-21 07" markalı avtomobillər toqquşub.

Nəticədə 1 nəfər ölüb, 3 nəfər ağır yaralanıb. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Bakı-Sumqayıt yolunda sərnişin avtobusu qəzaya uğrayıb.

 






Fikirlər