“Əli Abdalovun sosial şəbəkədə hesabı yoxdur”

“Əli Abdalovun sosial şəbəkədə hesabı yoxdur”

Bir neçə gündür ki, sosial şəbəkələrdə məhbus Mehman Hüseynov tərəfindən döyüldüyü bildirilən 14 saylı cəzaçəkmə müəssisəsinin rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun şəkilləri yayılır.  

“Qafqazinfo” xəbər verir ki, hazırda Ə. Abdalova  məxsus olduğu iddia edilən profil  bağlıdır.  Profildə həmin şəxsin müxtəlif vaxtlarda çəkdiyi şəkillər paylaşılıb. 

“Qafqazinfo” sözügedən profilin Ə. Abdalova məxsus olub olmadığı ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib. 

Nazirlikdən bildirilib ki, sosial şəbəkədə yayılan fotolardan xəbərdardırlar.  Sadəcə həmin profilin  Əli Abdalova məxsus olub olmadığını bilmirik. Ümumiyyətlə, dövlət qulluqçusu da sosial şəbəkə istifadəçisi ola bilər. Qanunla bu qadağan edilməyib”.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov da qeyd edib ki,  həmin şəkillərin haradan əldə edildiyini bilmir: “Mənim bildiyimə görə, Əli Abdalovun hər hansı sosial şəbəkə hesabı yoxdur.  Onun şəklini yayıb təhqir edənlər, hədə-qorxu gələnlərə bu heç də başucalığı gətirmir. Məhkum Mehman Hüseynov  məhkəmə zabitinə əl qaldırıb və onu vurub. Bununla bağlı da cinayət işi qaldırılıb. İstintaq zamanı və məhkəmə prosesində buna qiymət veriləcək”.






Fikirlər

Şərh müəllifi: bbryan bbryan                 Tarix: 8 yanvar 2019 11:55                 [ Cavabla ]
replica gucci schoenen, een combinatie van elegante stijl en geavanceerde technologie, een verscheidenheid aan stijlen van replica heren gucci, de aanwijzer loopt tussen uw exclusieve smaakstijl.

                        

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi