Daxili İşlər Nazirliyi Naz Milanın tapılması üçün GÖSTƏRİŞ VERDİ...

Daxili İşlər Nazirliyi Naz Milanın tapılması üçün GÖSTƏRİŞ VERDİ

Daxili İşlər Nazirliyi Türkiyədə qatıldığı qalmaqallı evlilik verilişi ilə məşhurlaşan azərbaycanlı Naz Milanın çəkildiyi klipdə Azərbaycan polisinin uniformasını təhqir etməsi faktı ilə əlaqədar araşdırma aparıb.

 "AzerTaym.az" teleqraf.com-a istinadən xəbər veri ki, sözügedən kliplə bağlı gedən yazıdan sonra DİN-in Daxili Tədqiqatlar İdarəsinə məsələnin araşdırılması ilə bağlı göstəriş verilib. Hətta Naz Milanın tapılması üçün tədbirlər görülüb.

 

Qeyd edək ki, daha öncə nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məsələnin diqqətə götürülüb araşdırılacağını bildirmişdi.

Ehsan Zahidov açıqlamasında məsələ ilə bağlı bunları bildirib: “Biz Nazın kimliyini araşdırdıq. O, Azərbaycan vətəndaşı deyil, Türkiyə vətəndaşıdır. Həmin klip də Türkiyədə çəkilib”.

“Nazın polis uniformasını təhqir etməsi ilə əlaqədar ölçü götürüləcəkmi” sualına cavabında isə Ehsan Zahidov məsələ ilə bağlı araşdırmanın davam etdirildiyini bildirdi.

Qeyd edək ki, Naz Milanın söz və musiqisi Ceyhuna məxsus “No panic” klipindəki görüntüləri sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Açıq-saçıq kadrlardan istifadə olunan erotik klipdə yarıçılpaq bir xanımın Azərbaycan polisinin uniformasını kobud şəkildə pozmasına istifadəçilər sərt reaksiya verib.

Bir neçə gün əvvəl təqdim olunan klip artıq Yutubdan silinib.

Uniformanın hər iki qolunda Azərbaycan polisinin tanıtım emblemini əks etdirən şevronun nümayişkəranə əks etdirilməsi asayiş keşikçilərinin aşağılanması kimi qiymətləndirilib.

 

Daxili İşlər Nazirliyi Naz Milanın tapılması üçün GÖSTƏRİŞ VERDİ

 






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi