“Deyirlər Əhəd Abıyevin yaylaqda 35 min 854 qoyunu var...” – İH BAŞÇISI

“Deyirlər Əhəd Abıyevin yaylaqda 35 min 854 qoyunu var...” – İH başçısı

"Nə elə maşın var, nə də başqa şey”.
Bunu Qaynarinfo-ya açıqlamasında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Naxçıvan istehsalı olan "NAZ Lifan” avtomobilində gəzməsi ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. İcra başçısı yayılan məlumatın şaiyə olduğunu bildirib:
"Belə bir şey yoxdur, yalandır. Əgər varsa, maşını onu yazana bağışlayıram. Kim onu yazıb? Belə şey olar? Nə elə maşın var, nə də başqa şey. O günü biri yazıb ki, Əhəd Abıyevin Daşkəsəndə yaylaqda 35 min 854 qoyunu var. Bu bir deyil, iki adamın qoyunudur. Onu tək adam necə saxlaya bilər? Onu harda saxlamaq olar? Daşkəsən dağlıq, qışı 40 dərəcə şaxta olan bir yerdir. Burada heyvanlar iki aylıq yaylağa gəlir. İki aydan sonra yenə də aparırlar. Əhəd Abıyev bu qədər qoyunu harada saxlaya bilər? Bu boyda yalan olar?..
Qeyd edək ki, mətbuatda yazılanlara görə, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev "Lexus LX 570" model bahalı avtomobilini Naxçıvan istehsalı olan "NAZ Lifan” avtomobili ilə əvəzləyib. Bildirilir ki, Əhəd Abıyev bu addımı Dövlət Təhlükəsizliyi Xidmətinin müxtəlif rayonlarda və dövlət qurumlarında keçirdiyi əməliyyatlardan sonra atıb.






Fikirlər