Əhəd Abıyev işdən çıxardılıb? - RƏSMİ

Əhəd Abıyev işdən çıxardılıb? - RƏSMİ

Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev yanvarın 5-dən bəri məzuniyyətdədir.

Bu barədə Publika.az-a açıqlamasında Daşkəsən rayon İcra Hakimiyyətinin başçısının müavini Namiq Süleymanov məlumat verib.

İcra başçısı Əhəd Abıyevin işdən çıxarılması ilə bağlı yayılan məlumatlara da toxunan N.Süleymanov yazılanları təkzib edib:

“Hamısı yalan məlumatlardır. Məgər Əhəd Abıyev məzuniyyətə çıxanda jurnalistdən icazə almalıdır? Yaxud da bu barədə jurnalistə məlumat verməlidir? Hər kəsin məzuniyyətə çıxmaq hüququ olduğu kimi, Əhəd müəllim də məzuniyyətə çıxıb. Yarım saat əvvəl onunla telefonla danışmışam. Özü də dedi ki, xəbərlər yalandır, heç yerə çağırılmayıb. Əhəd müəllim məzuniyyətdədir”.

Xatırladaq ki, bu gün Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin tutduğu vəzifədən uzaqlaşdırılması ilə bağlı bir sıra saytlarda xəbər yayılıb.






Fikirlər