QARABAĞ qazisi vəfat etdi

Bu barədə Qarabağ qazisi, “Qazilər.az” saytının baş redaktoru Rey Kərimoğlu şəxsi “facebook” səhifəsində paylaşım edərək dərin hüznünü ifadə edib.

Qeyd edək ki, 1973-cü ildə Bakıda doğulan Natiq Bayramovun əsli Qərbi Azərbaycandandır. Qazax-Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla döyüşərək ağır yaralanmış və II qrup Qarabağ qazisi idi.

Uzun illər Qarabağ Əllillər Cəmiyyətinin Səbail rayon şöbəsinə rəhbərlik edib.

Vəfatına kimi Qaradağ rayon Qaz İdarəsinin rəisi olub.

Qarabağ Qaziləri Birliyi, Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov (Fred Asif) adına inkişaf fondu və Qaziler.az saytının kollektivi adından dünyasını dəyişən Natiq Bayramovun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk!

Allah rəhmət eləsin!






Fikirlər