Gigiyena və Epidemiologiya Mərkəzində OYUNBAZLIQ - İLGİNC İDDİALAR...

Məlumdur ki, Azərbaycan, SSRİ-nin ən ucqar respublikası idi, Zəngilan rayonu isə Azərbaycanın ən ucqar yaşayış məskənidir...
Bunu nə üçün yazıram.
Biz uşaq olanda, yəni 70-ci illərdə adına “Erkək İrana” ( yəqin ki, Rəna) deyilən bir Sanitar-Epidemilogiya Mərkəzinin işçisi ( kənddə siçan-pişik idarəsi deyirdilər ) kəndimizə gələrək kürəyindəki balonla tövlələri, toyuq hinlərini, it damlarını, zibillikləri, həyətləri, çəpərlərin dibini dezinfeksiya edərək gedirdi. Kimdənsə pul almaq, rüşvət almaq heç kimin ağlına gəlməzdi. Uzağı 1 stəkan çay içərdi. Yəqin ki, “Erkək İrana” dediyimiz qadın çoxdan dünyasını dəyişib, Allah rəhmət eləsin.
Kaş o qadında olan qeyrətin mində biri indikilərdə olaydı...
Bəli, söhbət Səhiyyə Nazirliyinin tabeçiliyində olan Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) direktoru vəzifəsində çalışan Sara Həsənovadan gedir.
Sara Həsənova sabiq səhiyyə naziri Əli İnsanovun dövründə Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru olub.
Əli İnsanov vəzifəsindən gedəndən sonra hamı düşündü ki, Saranın kitabı bağlandı. Amma...
Əmması odur ki, Sara təzə səhiyyə naziri Oqtay Şirəliyevlə o qədər yaxın oldu ki, onun vəzifəsini 5 qat böyütdülər. Və...
Rayon səviyyəsində vəzifə daşıyan Sara Həsənova birdən birə respublika səviyyəsində vəzifəyə təyin olundu.
Beləliklə Sara Həsənova Respublika Sanitar-Karantin Müfəttişliyinin ( SKM ) rəisi vəzifəsinə təyin olundu.
Saranın işlədiyi vəzifələrdə törətdiyi əməllərə nəzər salaq.
Əvvəlcə Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində çalışan bu qadın rayondakı bütün aidiyyatı obyektləri qanunsuz ödənişə məcbur edirdi, tabe olmayanları isə...VAHİMƏLİ bir şəxslə hədələyərdi. Sara Həsənova bu vəzifədə işləyərkən milyonlara sahib oldu.
Sara Həsənova sonra oldu Sanitar Karantin Müfəttişliyinin ( SKM ) rəisi.
Sara Həsənova SKM rəisi olarkən 3 ayda respublika ərazisinə məhsul gətirən sahibkarlara 4006 ədəd gigiyenik sertifikat verib və hərəsindən neçə min pul alıb.
Təsəvvür edirsiniz hər aya təxminən 1335, hər günə 44 sertifikat...İndi bazar, şənbə və bayram günlərini çıxın və...
Görün Sara Həsənova 1 gündə nə qədər sertifikat paylayıb. Bu, ümumiyyətlə, fiziki cəhətdən mümkün deyil. Çünki hər məhsul laboratoriyada analizdən keçməli, keyfiyyəti bəlli olmalı və s.
Deməli, Sara Həsənova sadəcə sertifikatları baha qiymətə satıb və sahibkarların gömrükdən keçməsinə yaşıl işıq yandırıb. Və bunun nəticəsidir ki, ölkəmizə keyfiyyətsiz qidalar, vaxtı keçmiş un məhsulları, hətta Saranın sayəsində Çindən sintetik-kimyəvi düyülər gətirilib. Sonra da deyirik ki, ölkədə bu qədər xəstə olar...
Sara Həsənova təkcə sertifikat satmaqla məşğul olmayıb.
Sara Həsənova SKM-ə rəis təyin olunan kimi mühasibləri, təsərrüfat müdirini və digər vəzifəli şəxsləri dəyişib. Və 300-400 manat maaş alan işçilərə 3000-4000 manat, hətta katibəsinə 2500 manat mükafat yazıb.
Qəribədir ki, nazirlər dəyişdikcə Saranın vəzifəsi böyüyür.
Sara Həsənova hazırda Səhiyyə Nazirliyinin tabeçiliyində olan Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) direktoru vəzifəsində çalışır.
Deməli, media sorğularına, telefon zənglərinə cavab olaraq nazirlikdən bildirilir ki, GEM müstəqil qurumdur və Sara Həsənova bizə tabe deyil.
Hazırda GEM-in direktoru olan Sara Həsənova daha böyük cinayətlərə imza atır.
Sara Həsənova təkcə təmizlik-gigiyena işlərinə baxmır e, ictimai-iaşə obyektlərinə, ölkəyə gətirilən mineral sulara, hətta tikinti-inşaat sahəsinə də nəzarət edir.
Bəli, tikinti-inşaat…
Biz uzun-uzadı bu məsələnin üzərində dayanmaq istəmirik. Amma məlumat üçün qeyd edək ki, ölkəyə gətirilən bütün tikinti materiallarına Sara xanım “möhür” vurmalıdır. Və bunun üçün pul almalıdır.
Beləcə, Sara Həsənova GEM-in hesabına milyonlar qazanıb, övladını Avropada ən bahalı universitetdə oxutdurur, Avropada mülkləri, villaları, bahalı avtomobilləri və s.
Sara Həsənovanın ən həssas yeri isə bahalı içkilərdir.
Deyilənə görə, bu barədə hətta yeni səhiyyə naziri Teymur Musayev ona ciddi iradını bildirib.
Sara Həsənovanın GEM-in qaraj müdirini danlayıb problem yaratmasından, karantin dövründə qazandığı milyonlardan, ictimai-iaşə obyektlərinə verdiyi saxta sertifikatlardan dəfələrlə yazdığımız üçün təkrar yazmırıq.
Bircə cümlə ilə qeyd edək ki, qarajın müdiri Yaşar Sara Həsənovanın qanunsuz əməllərinə etiraz etdiyi üçün onu işdən qovub və bu haqsızlığa dözməyən qaraj müdiri dünyasını dəyişib.
Və Sara Həsənovanın keçirdiyi saxta tenderlərə toxunmaya bilmirik.
Bu adam milyonlarla saxta tenderə qol çəkib. Buyurun tanış olun.
Həmin saxta tenderlərin siyahısı o qədər uzundur ki, bir hissəsini təqdim edirik.
1. Maliyyə və mühasibatlıq əməliyyatlarının avtomatlaşdırılması üzrə proqram təminatının (SERP) modullarına illik texniki xidmət üzrə keçirilən açıq tender üzrə “SİNAM” MMC qalib gəlmiş və onunla 05 İYUL 2021-ci satinalma müqaviləsi baglanmışdır.
2. “Sürtkü materiallarının alinması” maddəsi üzrə keçirilən katirovka üzrə “FƏRZƏLİYEV SABİR TƏVƏL oğlu” MMC qalib gəlmiş və onunla 08.06.2021-ci satinalma müqaviləsi baglanmışdır.
3. Mətbəə məhsullarının çap olunması üçün katirovka keçirilmiş və “LİNKİN PRO” MMC ilə 17 iyun 2021-ci il tarixdə müqavilə bağlanmışdır.
Reyestr məlumatlarından bəlli olur ki, MMC yanvar ayında dövlət qeydiyyatına alınsa da iyun ayında satınalmalarda iştirak edib. Bu da “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən saxtakarlıq hesab edilir və mövcud qanunvericiliklə yolverilməzdir.
4. Tibbi tullantılarin daşınması və idarə olunması həyata keçirtmək üçün katirovka keçirilmiş və “Kaspian Logistik Qrup” MMC ilə 04 iyun 2021-ci il tarixdə müqavilə bağlanmışdır. Qeyd edək ki, bu MMC-nin VÖEN-i belə yanlışdır.
Təsəvvür edirsiniz, Sara Həsənova Dəftərxana və təsərrüfat xərcləri üçün 150 min 347 manat 85 qəpik pul xərcləyib.
Avtomobil sürtkü materialları üçün 51 887.55 manat xərcləyib.
Sara Həsənova Allah qoymasa, avtomobil üçün ehtiyyat hissələri almağa 140 min 515 manat 58 qəpik xərcləyib.
Ay Sara, sən avtomobil hissələrinə bu qədər pul xərcləmisənsə, niyə GEM-in maşınlarının təkərləri “keçəl”dir ?
Təkərlər “keçəl” olduğu üçün dəfələrlə GEM-in sürücüləri qəza vəziyyətinə düşüb.
Sözün qısası, Sara Həsənovanın Araz aşığından, Kür topuğundandır.
Bəs görəsən, bu boyda dövlət qurumları hara baxır..?
Niyə bir yoxlama keçirib, orada olub-bitənlərə nəzarət edilmir? //gundelik-baku.com//






Fikirlər