Qazaxda çay daşdı, park və xəstəxana su altında qaldı, FHN hadisə yerində...

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Qazax rayonu ərazisində bəzi ərazilərin subasmaya məruz qalması barədə məlumat daxil olub.

FHN-dən Oxu.Az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb ediliblər.

Hazırda FHN-in qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər zəruri təhlükəsizlik tədbirləri görülür.






Fikirlər