Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqresi keçirilir – FOTO/VİDEO

Naxçıvan Muxtar Respublikasındakı Zəngəzur Milli Parkında – Batabat yaylağında “Qərbi Azərbaycana qayıdış” festival-konqresi keçirilir.

AzerTaym.az Medianews.az-a istinadən xəbər verir ki, iki gün davam edəcək festival-konqres Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə baş tutur.

Festival zamanı Qərbi Azərbaycan mədəniyyətinə aid musiqilər, kompozisiyalar səsləndirilir, maddi-mədəniyyət nümunələri nümayiş olunur. Bununla yanaşı, Qərbi Azərbaycan mətbəxinə aid yeməklər qonaqlara təklif olunur.

Tədbirdə Qərbi Azərbaycan İcmasının təmsilçiləri, eyni zamanda digər ziyalılar da iştirak edirlər.

Qərbi Azərbaycan İcması Qəyyumlar Şurasının sədri Mürvət Həsənlinin festival-konqresə dair paylaşdığı fotoları və Ziyalılar Şurasının üzvü, professor Fərrux Rüstəmovun çəkdiyi videonu təqdim edirik:






Fikirlər