CƏLAL Əliyev dünyasını DƏYİŞDİ

“Cəlal Əliyev dünyasını dəyişdi

 Bu gün Prezident İlham Əliyevin əmisi, akademik Cəlal Əliyev uzun sürən xəstəlikdən sonra vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə haqqın.az saytına akademikin köməkçilərindən biri xəbər verib.

 

***

“Qafqazinfo” xəbər verir ki, Cəlal Əliyev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub.

Naxçıvan Dövlət Müəllimlər İnstitutunun təbiət-coğrafiya fakültəsini və Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib. Biologiya elmləri doktoru, professor, əməkdar elm xadimidir. Onlarca monoqrafiyanın, kitabın və elmi məqalənin müəllifidir.

1948-ci ildən Azərbaycan Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında laborant işləyib. 1954-cü ildən Azərbaycan EA-nın Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb.

1971–1990-cı illərdə Azərbaycan EA-nın Botanika İnstitutunda fotosintezin fiziologiyası yaradıcı qrupunun rəhbəri, laboratoriya müdiri, şöbə müdiri, Azərbaycan EA-nın Biologiya elmləri bölməsinin akademik-katibi olub.

Azərbaycan MEA-nın Rəyasət Heyətinin və Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olub.

O, üç dəfə (1995, 2000 və 2005-ci illərdə) Milli Məclisə deputat seçilib.

"İstiqlal" ordeni ilə təltif edilib.

18 aprel 2014-cü ildə Kənd təsərrüfatı sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə Cəlal Əliyev Həsən bəy Zərdabi adına mükafatla təltif olunub.

 






Fikirlər