Ankarada partlayış — 18 ölü, 45 yaralı + YENİLƏNİB +VİDEO

Ankarada partlayış — 18 ölü, 45 yaralı + YENİLƏNİB +VİDEOHərbçiləri daşıyan maşınlara hücum olunub

Ankarada baş vermiş terror hadisəsində ölənlərin sayı 18 nəfər çatıb. 

Ankara Valiliyinin verdiyi son məlumata əsasən, daha 45 nəfər yaralanıb.

Məlumata görə, Türk Silahlı Qüvvələrinin hərbçiləri daşıyan maşınlarına bombalı hücum edilib. (oxu.az)

***

Davudoğlu səfərini təxirə salıb.

Ankarada baş vermiş partlayış nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb.

Hadisənin terror aktı olduğu və bombalı bir maşınla törədildiyi bildirilir.

Türkiyənin Radio Televiziya Üst Qurumu hadisə ilə bağlı rəsmi açıqlamalardan başqa xəbər verilməsi və görüntü yayılması, olay anının, yerinin və sonrakı görüntülərin, həmçinin cənazələrin görüntülənməsi  ilə bağlı yayım qadağası tətbiq edib. 

Türkiyənin baş naziri Əhməd Davudoğlu Brüsselə planlaşdırılan səfərini təxirə salıb. (oxu.az)

***

Türkiyənin paytaxtı Ankarada güclü partlayış baş verib.

Hadisə İnönü bulvarına yaxın Dikmən prospekti ilə Mərasim küçəsinin kəsişməsində hərbi maşınlar keçərkən baş verib.

Partlayış nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.  

 AzerTaym.az






Fikirlər