TÜRKİYƏDƏ GÜCLÜ partlayış - 11 nəfər şəhid olub -VİDEO

 

Ankarada terror aktı: 5 ölü, 10 yaralı - YENİLƏNİR, VİDEO

 

 

 

 

 

 

 

Türkiyənin paytaxtı Ankarada güclü partlayış olub. ANS PRESS-in məlumatına görə, Türkiyə mətbuatı yazır ki, güclü partlayış hərbi şəhərcik yaxınlığında baş verib.
Bildirilir ki, partlayış hərbi maşın olduğu ərazidə baş verib. Ehtimal edilir ki, hərbi şəhərciyə hücum terror hadisəsidir. Çox sayda vətəndaşın yaralandığı qeyd olunur.
Hadisə yerinə gələn təcili tibbi yardım stansiyasının həkimləri yaralılara kömək edir.
Artıq Türkiyənin baş naziri Əhməd Davudoğlu partlayışla bağlı Beliçkaya səfərini təxirə salıb. O bildirib ki, partlayışın səbəbləri araşdırılır.

Ankara valisi partlayışla bağlı açıqlama verib. ANS PRESS-in məlumatına görə, vali Mehmet Kılıçlar bildirib ki, partlayış hərbi maşın karvanında baş verib.
Hadisə nəticəsində 11 nəfər şəhid olub, xeyli yaralı var.

“Partlayışın avtomobilə yerləşdirilmiş bombanın işə salınması nəticəsində baş verdiyi ehtimal edilir”, – Mehmet Kılıçlar 
 






Fikirlər