24.01.2014. - Şəffaf balıq görənləri şoka saldı (FOTO)

24.01.2014. -   Şəffaf balıq görənləri şoka saldı (FOTO) Yeni Zelandiyanın Karikari Peninsula yarımadası bölgəsi yaxınlığında balıq tutmağa gedən Stuart Freyzer toruna düşən balığı görəndə şok keçirib.
AzerTaym.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, təccüblənərək suyun üzərindəki məxluqu götürməkdə tərəddüd edən Freyzer marağına məğlub olaraq daha yaxından görmək üçün qeyri-adi canlını sudan çıxarıb.
Alimlər tərəfindən Freyzer və dostlarnın çəkdiyi şəkillər araşdırılaraq, şəkildəki canlının “Salpa Maxima” adlı bir balıq olduğu müəyyənləşdirilib. Nadir növ canlı olan bu məxluqlar Hind Okeanının soyuq sularında yaşayır. Bu balıq geləbənzər vücuduna su çəkib daha sonra bu suyu püskürərək təzyiq gücü ilə hərəkət edir.






Fikirlər