Neftlə dolu vaqon partladı (FOTO)

ABŞ-da neft məhsulları daşıyan vaqon relsdən çıxıb. Azertaym.az -ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Kasselston şəhəri yaxınlığında, Şimali Dakota ştatında baş verib.

Məlumata görə vaqonun relsdən çıxmasına səbəb başq bir vaqonla toqquşması olub. İnsident 14:00 radələrində baş verib. Əvvəlcə soya daşıyan vaqon relsdən çıxıb, daha sonra neft məhsulları daşıyan vaqonla toqquşub.

Nəticədə, azı 5 güclü partlayış olub və yanğın baş verib. CNN-in məlumatına görə, neftlə dolu olan 10 vaqon yanıb. Yanğın xidmətini narahat edən isə hadisənin etil spirti istehsal edən zavodun yaxınlığında baş verməsi olub. Hadisə yerində qəza briqaları işləyir. İlkin məlumata görə, hadisədən zərərçəkən olmayıb.


Neftlə dolu vaqon partladı (FOTO)
Neftlə dolu vaqon partladı (FOTO)
Neftlə dolu vaqon partladı (FOTO)






Fikirlər