“Trabzonspor“ millimizin üzvünü neçəyə alıb? - MƏBLƏĞ

bitmap-img6

"Trabzonspor"un millimizin üzvü Ramil Şeydayevin transferi üçün ödədiyi məbləğ müəyyənləşib.

Piasport.az Fanat.Az-a istinadən xəbər verir ki, Türkiyə klubu 20 yaşlı forvarda görə "Zenit"ə 200 min avro ödəyib.

Qeyd edək ki, "Trabzonspor" Ramil Şeydayevlə 4 illik müqavilə imzalayıb. Klub futbolçunun maaşını açıqlasa da, onun transfer qiymətini elan etməmişdi. Futbolçumuz Türkiyədə 4 il ərzində 1 milyon 630 min avro qazanacaq. Belə ki, 2016/17 mövsümündə 430, 2017/18 mövsümündə 350, 2018/19 mövsümündə 400, 2019/20 mövsümündə isə 450 min alacaq.

 






Fikirlər