Terim-Arda böhranında yeni pərdə: . Üzr istəsə

"Avropa çempionatında 3-5 futbolçu arasında baş verənlərin ən ağır günahkarı olaraq bir futbolçunun göstərilməsi, bunun Arda Turan olması çox üzücü hadisədi. Bu çox böyük səhvdi və məqsədli şəkildə edilir".

Fanat.Az xəbər verir ki, bu sözləri Türkiyə Futbol Federasiyasının sabiq prezidenti Haluk Ulusoy deyib.

Sabiq TFF rəhbəri Arda Turanla Fatih Terim arasındakı böhranı şərh edib. Haluk Ulusoy Arda Turanın tərəfini tutub: "O futbolçu Türkiyə futbolunun, Türkiyə millisinin və oynadığı bütün klubların qüruru olub. Oyunu ilə ölkəsini qürurlandırmağa davam edir. Bir oyunu pis alındı deyə onu yerə vurmaq vəfasızlıqdı, insafsızlıqdı. Mənim uşaqlığından tanıdığım Arda pula önəm verməz, mənəvi duyğular onun üçün hər zaman ön plandadı".

TFF-nin keçmiş rəhbəri Fatih Terimi günahlandırıb: "Türkiyə millisi kimlərinsə eqosu, kaprizləri ilə idarə oluna bilməz. Türkiyə millisinin formasını geyinmək hamı üçün qürur məsələsidi, şərəfdi. Bu mövsüm dünyanın ən yaxşı komandalarından birində forma geyinən, qollar vuran, ötürmələr edən Ardanı milli komandaya çağırmayan Fatih Terimi anlamıram. Eynən Türkiyə ictimaiyyəti də bu qərarı qəbul edə bilmir. Nə Arda, nə də millinin formasını geyinən digər qardaşlarımız meydana pul üçün çıxmaz, onlar qanlarınınson damlası axana qədər "ay-ulduz"u təmsil etmək üçün mübarizə aparar".

"Avropa çempionatına futbolçu qardaşlarımızın əzmkarlığı və bir az da şans sayəsində vəsiqə qazandıq. Bu turnirdə uğur gözləmək xəyaldan başqa bir şey deyildi. Təəssüf ki, nə TFF, nə rəhbərliyi, nə də texniki heyət turnirə yaxşı hazırlanmamışdı. Turnirə hazırlanmamış milli komandada 3-5 futbolçunu günahkar elan etmək səhvdi" deyə Haluk Ulusoy bildirib.

Keçmiş TFF prezidenti qurum rəhbərliyinin üzr istəməli olduğunu bildirib: "İnanıram ki, futbolçu qardaşlarım Türkiyə xalqından üzr istəyəcək bir hərəkət etməyib. Günahkar axtarılırsa, üzr istəyəcək biri varsa, bu Türkiyə Futbol Federasiyasının prezidenti, rəhbərliyi və milli komandanın məşqçi korpusudu. Keçmişi ən yaxşı bilən və yaşayan biri olaraq deyirəm ki, onlar böhranı idarə edə bilmədi". 

 






Fikirlər