ARDA Turan üçün rekord təklif: -100 MİLYON...

“Barselona”nın və Türkiyə millisinin üzvü Arda Turan üçün Çin klubundan fantastik təklif gəlib. 

 AzerTaym.az xarici mediaya istinadən xəbər verir ki, son illər transfer bazarının ən fəal siması olan Çinin “Beijinq” klubu Arda Turanı rənglərinə qatmağa israrlıdır. İspaniya mətbuatının yazdığına görə. Çinin varlı klubu buna görə “Barselona”ya 100 milyon avro ödəməyə hazırdı.
İspaniyanın “Mundo Deportivo” qəzetinin verdiyi xəbərə görə, “Barselona” bu təkliflə bağlı Arda Turan və Dani Alveşlə danışıb. Lakin futbolçuların heç biri Çin klubunda oynamağa razı olmayıblar.

 






Fikirlər