Ərdoğan Fatih Terimdən NƏYİ XAHİŞ ETDİ?

Ərdoğan Fatih Terimdən nəyi xahiş etdi?

Ərdoğan Fatih Terimdən Arda Turanı milli komandaya daxil etməyi xahiş etdi

AzerTaym.az Ölkə.Az -a istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan ölkənin milli futbol komandasının üzvləri ilə görüşüb.

Türkiyə Milli Futbol Komandası bazar ertəsi Dünya Kuboku uğrunda yarışların seçmə mərhələsində Xorvatiya ilə ilk oyununu keçirəcək. Bu vacib oyundan öncə prezident milli komandanın üzvlərini, milli komandanın baş məşqçisi Fatih Terim və Türkiyə Futbol Federasiyasının rəhbəri Yıldırım Demiröreni qəbul edib.

Görüşdə əsas müzakirə mövzudu futbol ulduzu Arda Turan olub. Ərdoğan Fatih Terimdən Ardanı komandaya qaytarmasını istəyib.

"Milli komandaya bəzi oyunçuların seçilməməsi müsbət qarşılanmadı. Belə hallar həm milli komandanı, həm də Futbol Federasiyasını zəif salır. Çox çətin bir mübarizəyə başlayırsınız. Dünya Kuboku uğurna yarışlarda komandanın Arda Turan kimi bir futbolçuya ehtiyacı var. Onunla bağlı qərarınızı təkrar gözdən keçirməyi ruca edirəm", deyə Ərdoğan bildirib.

Eyni zamanda prezidentin yaxın adamları vasitəsi ilə Arda Turana da "adına layiq şəkildə hərəkət etməsinin hər kəsə faydalı olacağı" şəklində bir xəbər göndərdiyi bildirilir.

İndi futbol azarkeşləri Ərdoğanın məsələyə qarışmasından sonra Arda Turanın oktyabrın 6-9-da Ukrayna və İslandiya komandaları keçiriləcək oyunlara dəvət olunub-olunmayacağını səbirsizliklə gözləyirlər.

Görüşdə Milli Komandanın 15 iyul gecəsini xatırladan və üzərinə 15 nömrə yazılmış forması dövlət başçısına hədiyyə edilib.






Fikirlər