BİABIRÇILIQ: Qadın idmançı kişi çıxdı! FOTOLAR

İngiltərəli qadın atlet Lauren Yeskanın kişi olduğu ortaya çıxıb.

Publika.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, yerli atletika qurumunun rəhbəri Ralf Knibbs 41 yaşlı Lauren Yeskanın əslində kişi olaraq doğulduğunu, sonradan cinsiyyətini dəyişdirdiyinin ortaya çıxdığını bildirib.

Belə ki, 1997-ci ildən Maykl Ceymson adıyla yarışlara qatılan atlet, 3 illik hormon terapiyasının ardından cinsiyyətini dəyişərək Lauren Yeska adını alıb. Üç il ərzində kişilərin yarışlarında bir neçə uğur əldə etmiş Yeska, qadınların yarışlarında da uğurlu çıxışını davam etdirib.Amma Knibbs bu yaxınlarda Laurenin əslində kişi olduğunu ortaya çıxararaq, qadınların yarışlarına qatılmasının ona üstünlük verdiyini, məhz buna görə idmançının bu günə kimi əldə etdiyi bütün medalların əlindən alınmasını tələb edib. Bundan hiddətlənən Lauren stadionda Knibbsi öldürməyə cəhd edib. Belə ki, ələ keçirdiyi iki bıçaqla Aleksandr stadionunda federasiya rəhbərinə hücum edən Lauren, onu və iki köməkçisini yaralayıb. Polislər 41 yaşlı idmançını həbs ediblər.

Laurenin kiçik qardaşı Nik isə “bacı”sının ciddi psixi problemləri olduğunu deyib. O, Laurendən başqa iki böyük qardaşlarının da olduğunu, ancaq onların faciəli şəkildə öldüklərini bildirib. Nik Yeskanın məhz bu hadisədən sonra psixi problemlərinin yarandığını və cinsiyyət dəyişdirmə əməliyyatına girdiyini deyib.

Hazırda həbsdə olan Lauren Yeskanın məhkəməsinin noyabrda başlayacağı açıqlanıb






Fikirlər