06.06.2014.- Brüs Linin yeni filmi çəkilir

06.06.2014.- Brüs Linin yeni filmi çəkilirBrüs Linin gənclik dövrlərindən bəhs edilən filmin hazırlıqlarına başlanılıb.

ANS-in məlumatına görə, bir çox uğurlu layihələrə imza atan rejissor Corc Nolfi bu dəfə ssenarisini Mark Heymanın yazdığı "Xoxo" filmini çəkməyə başlayıb. Filmdə əfsanəvi döyüş ustası, aktyor Brüs Linin həyatı canlandırılacaq.

Filmdəki zaman isə Brüs Linin gənclik dövrləri ilə bağlı olacaq. Linin 1965-ci ildə Çinin ən böyük döyüş ustası olan Vonq Cek Menlə etdiyi əfsanəvi döyüşdən sonra əldə etdiyi şöhrət və sonrakı dövrlərdən bəhs ediləcək.

Qeyd edək ki, bundan əvvəl "Əjdaha: Brüs Li" filmində aktyoru Ceyson Skott Li canlandırmışdı. Yeni filmdə isə döyüş ustasını kimin canlandıracağı bəlli deyil.






Fikirlər