MESSİ"VURDUĞU QOLLARIN sayı ilə SALAHA çatdı - SİYAHI

Messi “vurduğu qolların sayı ilə Salaha çatdı – SİYAHI

İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi futbol üzrə ölkə çempionatının 31-ci turunda “Leqanes”in qapısına vurduğu 3 qoldan sonra (3:1) “Qızıl buts” uğrunda mübarizədə “Liverpul”un (İngiltərə) xavbeki Məhəmməd Salaha çatıb.

AzerTaym.az xəbər verir ki, indi argentinalı və misirli hər il UEFA-ya daxil olan ölkələrin milli çempionatlarında ən yaxşı bombardirə verilən mükafat uğrunda mübarizədə birinci yeri bölüşür.

  1. Məhəmməd Salah (“Liverpul”) — 29 qol, 58 xal
  2. Lionel Messi (“Barselona”) — 29 qol, 58 xal
  3. Robert Levandovski (“Bavariya”) – 26 qol, 52 xal
  4. Çiro İmmobile (“Laüio”) – 26 qol, 52 xal
  5. Jonas (“Benfika”) – 33 qol, 49,5 xal
  6. Edinson Kavani (PSJ) — 24 qol, 48 xal
  7. Harri Keyn (“Tottenhem Hotspur”) – 24 qol, 48 xal
  8. Mauro İkardi (“İnter”) – 24 qol, 48 xal
  9. Kriştianu Ronaldu (“Real”) – 22 qol, 44 xal
  10. Luis Suares (“Barselona”) – 22 qol, 44 xal

2017-ci ildə mükafatın sahibi Messi olub. O, 2016/17-ci illər mövsümündə 37 dəfə fərqlənib.

Report.az






Fikirlər