Rafael BÜRÜNC, İrina QIZIL QAZANDI...

Rafael bürünc, İrina qızıl qazandı

İspaniyanın Madrid şəhərində keçirilən 2018-ci il Dünya Çempionatında Azərbaycan karateçiləri ilk medallarını qazanıblar.

"AzerTaym.az" “Qafqazinfo”-ya istinadla xəbər verir ki, 5 qat dünya çempionu, 75 kq çəki dərəcəsində mübarizə aparan Rafael Ağayev bürünc medal uğrunda döyüşdə özbəkistanlı Dastonbek Otobolaevlə qarşılaşıb.

33 yaşlı idmançımız rəqibini məğlub edərək bürünc medal qazanıb. Bu, Rafael Ağayevin karyerası ərzində ilk dünya üçüncülüyüdür.

68 kq çəki dərəcəsində döyüş qadın karateçimiz İrina Zaretska isə finalda Rusiya təmsilçisi Viktoriya İsaeva ilə qarşılaşıb. Döyüşü qələbə ilə başa vuran idmançımız çempionatda komandamıza ilk qızıl medal qazandırıb. Bu, onun karyerasındakı ilk dünya çempionluğudur.

Daha bir idmançımız, para-karateçi Sahib Əhədov isə Bakı vaxtı ilə 22:35-də finalda döyüşəcək.

Qeyd edək ki, Ayxan Mamayev, Şahin Atamov, Roman Heydərov, Reza Nedai, Fəridə Əliyeva çıxışlarını medalsız başa vurublar.

Kumite

Final

-68 kq

İrina Zaretska - Viktoriya İsaeva (Rusiya) - 1:1

Bürünc medal görüşü

-75 kq

Rafael Ağayev - Dastonbek Otobolaev (Özbəkistan) - 2:1






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi