Bəxtiyar Abbasov erməniyə QALİB GƏLDİ

Bəxtiyar Abbasov erməniyə qalib gəldi

Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun təmsilçisi Bəxtiyar Abbasov sambo üzrə dünya çempionatına uğurla start verib.

AzerTaym xəbər verir ki, idmançımız Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yarışa 1/8 finaldan başlayıb. Döyüş sambosunda çıxış edən Abbasovun 82 kq çəki dərəcəsindəki ilk rəqibi Ermənistan samboçusu Davit Petrosyan olub.

Bu döyüşü yüksək səviyyədə keçirən Bəxtiyar erməni rəqibini məğlub edib. Bu qələbə samboçumuza 1/4 finala vəsiqə qazandırıb.

 

 

 






Fikirlər