İngiltərə Premyer-Liqası: Mançester derbisi BAŞA ÇATIB

İngiltərə Premyer-Liqasının 12-ci turunda “Mançester Siti” komandası “Maçnester Yunayted” klubunu qəbul edib. Trend-in məlumatına görə, matçda hesabı 12-ci dəqiqədə Silva açıb. 48-ci dəqiqədə Aquero hesabı artırsa da, 10 dəqiqə sonra Marsial penalti zərbəsindən qol vuraraq hesab arasında fərqi minimuma endirib.

Lakin ev sahibləri Gündoğanın 86-cı dəqiqədə dəqiq zərbəsi ilə yekun hesabı müəyyən ediblər – 3:1.

Bununla da, “Mançester Siti” 32 xalla birinci pilləyə yüksəlib, “Mançester Yunayted” isə 20 xalla 12-ci pillədə qərarlaşıb.

 






Fikirlər