Zlatan İbrahimoviç “MİLAN”la razılıq ƏLDƏ EDİB

zlatan

ABŞ-ın “Los-Anceles Qelaksi” klubunun futbolçusu Zlatan İbrahimoviç İtaliyanın “Milan” komandasında çıxış etməyə çox yaxındır.

“Report” “Futbol Italia”ya istinadla xəbər verir ki, İtaliya təmsilçisi artıq 37 yaşlı hücumçu ilə razılıq əldə edib.

Təcrübəli forvard 6 ay “Milan”da çıxış edəcək. İsveçli oyunçu bu müddət ərzində 2.2 milyon avro qazanacaq.

Onun sözləşməsində müqaviləni avtomatik olaraq uzatmağa imkan verən bəndin olması ilə bağlı məlumat yoxdur.

Qeyd edək ki, Z.İbrahimoviçin ABŞ klubu ilə müqaviləsi 2019-cu ilin sonunda başa çatır. O, 2010-2012-ci illər aralığında “Milan”da çıxış edib.






Fikirlər