Messi 700-cü qola yaxınlaşır

"Barselona"nın ulduz futbolçusu Lionel Messinin karyerasında 700-cü qol vurmasına 8 qol qalıb.

 Modern.az xəbər verir ki, hazırda onun 849 oyuna 692 qolu var.

 Bundan başqa Messinin 300-cü məhsuldar ötürmə etməsi üçün 15 assist qalıb. Ötən həftə "Levante" ilə matçda 104 saniyəyə 2 məhsuldar ötürmə ilə yadda qalan argentinalı hücumçu assistlərin sayını 285-ə çatdırıb. 

 Qeyd edək ki, futbol tarixində 300 məhsuldar ötürmə edən olmayıb. 

 






Fikirlər