SSRİ yığmasına olimpiya çempionluğu qazandıran FUTBOLÇU vəfat edib

SSRİ yığmasına olimpiya çempionluğu qazandıran futbolçu vəfat edib

 

 

Məşhur Sovet futbolçusu Anatoli İlyin vəfat edib.
 
"Report"un məlumatına görə, SSRİ yığmasının və "Spartak"ın sabiq hücumçusu 85 yaşında ikən dünyasını dəyişib.
İlyin 27 iyun 1931-ci ildə doğulub. O, 1956-cı il Melburn Yay Olimpiya Oyunlarında futbol yarışının finalında həlledici qolun müəllifi kimi tarixə düşüb. Əfsanəvi futbolçu olimpiya çempionluğundan əlavə 5 dəfə (1952, 1953, 1956, 1958, 1962) SSRİ çempionu, 2 dəfə (1950, 1958) SSRİ Kubokunun sahibi olub.

 






Fikirlər