Rusiyalı futbolçuları Türkiyədə GÜL-ÇİÇƏKLƏ qarşıladılar

Rusiyalı futbolçuları Türkiyədə gül-çiçəklə qarşıladılar

 

 

Çərşənbə günü, fevralın 16-sı Bakı vaxtı ilə 21:00-da İstanbuldakı «Şükrü Saraçoğlu» stadionunda yerli «Fenerbahçe» ilə Moskvanın «Lokomotiv» futbol klubları arasında Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunu başlayacaq.
Bu axşam Rusiya futbolçuları İsdtanbula gəliblər. 
 AzerTaym.az saytı xəbər verir ki, Türkiyə klubunun təmsilçiləri rəqiblərini hava limanında gül-çiçəklə qarşılayıblar.
«Fenerbahçe» klubunun rəhbərliyi komandanın tərəfdarlarından oyun vaxtı stadionda siyasi şüarlar səsləndirməməyi xahiş edib.
Hazırkı vəziyyəti nəzərə alaraq, oyun xüsusi maraq və başa düşülən ehtiyatla gözlənilir. Cavab görüşü fevralın 25-də Moskvada olmalıdır.






Fikirlər