14.02.2014. - Banklarda olan Əmanətləri qoruyaq yoxsa qorumayaq

14.02.2014. -  Banklarda olan Əmanətləri qoruyaq yoxsa qorumayaq Son günlər bəzi kütləvi informasiya vasitələrində bir sıra bankların bağlanma təhlükəsi ilə bağlı informasiyalar dolaşmaqdadır.

Əslində bunun səbəbi Mərkəzi Bankın İcmal statistik bülletenində bir sıra kommersiya banklarının zərərlə işləməsi barədə məlumatların verilməsidir. Belə ki, 2010-cu ildə zərərlə işləyən bankların sayı 2010-cu ildə 13 bank, 2011-ci ildə 14 bank, 2012-ci ildə 10 bank və son 2013-cü ilin noyabr ayının məlumatına görə 5 bank zərərlə işləmişdir. Təbii ki, bankların uzunmüddətli dövrdə zərərlə işləməsi davam edə bilməz.Proses gec və ya tez müflisləşmə hadisəsinə səbəb ola bilər. Belə haldan daha çox narahat olanlardan biri də əmanətçilərdəir.

Müasir informasiya cəmiyyətində əhalini və əmanətçilərin məlumat əldə etmək imkanlarının Əmanətlərin sığortalanması tərəfindən maksimum dərəcədə məhdudlaşdırılması prosesi belə narahatçılığı daha da artırır.
Konkret olaraq müasir dövrdə əhalinin əldə edəbiləcəyi informasiya mənbələrindən biri də internet saytlarıdır. Eyni zamanda hər bir təşkilat öz fəaliyyətinin əsas nəticələrini internet ünvanına yerləşdirir. Bununla bağlı Fondun internet ünvanında yerləşdirilən materialları dərindən təhlil edərkən aydın olur ki, burada tam hazır olan əsas informasiyalar hüquqi normativ bazanı təşkil edən məlumatlarla bağlıdır. Bu məlumatların da hazırlanması Fondun məlumatların göründüyü kimi Almaniya Federativ Respublikası KfW bankının birbaşa vasitəsilə, köməkliyi ilə həyata keçirilmişdir. Yəni məlumatların Azərbaycan dilinə tərcüməsi ilə işlər bitmişdir. Qalan bir çox zəruri olan məlumat ya yoxdur, yada yarmçıq, yararsız vəziyyətdədir. Qeyd edilən fikirləri konkret misallarla sübut edək. Fondun internet ünvanında verilən bir sıra başlıqların alt bölmələri yoxdur və ya dəfələrlə verilmiş məlumatlarıdr. Fondun hesabatları yarımçıq və bərbat səviyyədədir. Dünyanın heç bir ölkəsində belə məlumatlar olmur.

14.02.2014. -  Banklarda olan Əmanətləri qoruyaq yoxsa qorumayaq


Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası 28 oktyabr 2013-ci il tarixində III rübün nəticələri barədə məsələrə baxanda aydın olur ki,Bu-
Adam aldatmaqdan başqa bir şey deyildir.


Təsəvvür edin məlumatda göstərilir ki, 2013-ci ilin III rübündə kompensasiya olunan əmanətlər 47,5%-ni, ümumi əmanətlərin isə 32,6%-ni təşkil edir. Bu o deməkdir ki, banklarda olan əmanətlərin yarıdan çoxu qorunmur. Bu göstərici əvvəlki rüblərdə və illərdə də belə olmuşdur. 2014-cü ildə də belə olacaqdır. Əslində belə haldan sonra qalan digər fəaliyyətdən danışmaga dəymir. Çünki, əsas məqsəd banklarda olan əmanətləri qorumaqdır. Dünyanın əksər ölkələrində bu göstərici 85%-dən aşağı deyil, yuxarıdır. Lakin bununla belə bildirmək lazımdır ki, kompensasiya olunan əmanətlərin belə az olmasının əsas səbəbi əmanət bazarının öyrənilməməsi və əmanətçilərlə işin düzgün təşkil edilməməsindədir. Bir sözlə Fondun rəhbərliyinin sırf fəaliyyətsizliyinin nəticəsidir.

Digər bir məsələ isə qorunan əmanətlər üzrə faiz dərəcəsinin 10% həddin qoyulmasıdır. Əslində Mərkəzi Bank kommersiya bankları tərəfindən verilən kreditlərin faiz dərəcələrini aşağı salmaq məqsədilə bu addımı atsada belə siyasət ümumilikdə dövlətin “rəqabət mühütü” yaratmaq kimi iqtisadi funksiyasına ziddir. Yəni dövlət hər yerdə, hər bir hüquqi və fiziki şəxslərə normal fəaliyyət üçün rəqabət mühitini təmin etməlidir. Başqa sözlə bu faiz dərəcəsi banklar arasında rəqabət mühitinin formalaşmasına mane olur.

Başqa bir məsələ Fondun normal fəaliyyətini həyata keçirmək üçün iş planı belə yoxdur. Lakin Fondun şou xarakterli və görüntü yaradabiləcək tədbirləri xeylidir. Belə olan halda sual olunur, belə tədbirlər nəyə xidmət edir. Beynəlxalq və ya regional tədbirlər keçirilməsi ona görə lazımdır ki, beynəlxalq təcrübənin müsbət nəticələrindən təcrübədə istifadə olunsun. İş planı olmadığı bir hal üçün söhbət nədən gedir.

Ən nəhayət əldə etdiyimiz məlumatlara görə, Fondun strateji hədəfləri dəqiq, düzgün müəyyənləşdirilməyib. Eyni zamanda əldə etdiyimiz məlumatlara görə Fond fəaliyyətə başladığı dövrdən hal-hazıra kimi ADİF-in işçi heyyəti üç dəfə dəyişdirilmişdir. İşçi heyyətinin tez-tez dəyişdirilməsi isə bilavasitə kadrların formalaşmasına maneə olur.

Beləliklə də Azərbaycanda əmanətlərin sığortalanması sahəsi üzrə qeyd edilən iradlar həm əmanətlərin sığortalanması üzrə pazel prinsiplərinə həm də bu sahədə müvafiq qanunvericiləyə ziddir. Yəni qeyd edilənlər qanunvericiliklə və pazel prinsipləri ilə həlli nəzərdə tutulan məsələlərdir.

Təbii ki, bütün bu qeyd edilən belə halların başlıca səbəb var. Fondda olan problemlərin belə çoxluğunun kökündə Fondun icraçı drektorunun idarəetmə qabliyyətinin olmaması və ciddi pisixoloji problemlərinin olması durur. Belə ki, əldə etdiyimiz məlumatlara görə Fondun icraçi drektoru əvvəllər işlədiyi rəhbər vəzifələrdə də xasiyyətinə görə işçi heyyəti ilə dəfələrlə ciddi problemlər yaşamışdır. Beynəlxalq bankın səbail royonunun filial müdürlüyündən məhz işçilərin etirazı nəticəsində işdən uzaqlaşdırılmışdır. Atabankda da oxşar problemlər yaşanmışdır. Hazırda da Fonda olan problemlər, dedi-qodular bitmir.
İstər Azərbaycanda, istərsədə əksər ölkələrdə Sığorta və bank sistemində işçi heyyəti ilə qarşılıqlı anlaşma məsələlərinə daima xüsusi diqqət yetirilir.


Görünür qeyd edilən problemlərlə bağlı bəzi maraqlı şəxslər məqsədyönlü şəkildə baş bankirə yalnış məlumatlar verir və yaxud da belə hal bütün idarəedənləri qane edir. Buna görə də yeddi ildir ki, baş bankir bu məsələlərə laqeyid yanaşır.
Bütün bunlar onu deməyə əsas verir görəsən əmanətlər qorunur yoxsa onların da taleyi bəzi banklardakı tək BÖYÜK BİR SUAL altındadır!






Fikirlər