Deputatdan ƏDV ilə bağlı etiraz...

Deputatdan ƏDV ilə bağlı etiraz...

Vahid Əhmədov: “Niyə avtomobilə də, mebelə də, xaricdən gətirilən qida məhsullarına da 18 faizlik ƏDV tətbiq edilir?” 

 

“Biz bir neçə dəfə diferensiallaşmış Əlavə Dəyər Vergisinin (ƏDV) tətbiq olunması ilə əlaqədar Vergilər Nazirliyinə müraciət etmişik, ancaq hələ ki, nəticəsi yoxdur. Amma ölkəyə idxal olunan gündəlik tələbat mallarına ƏDV azaldılmalıdır”. 
Bu fikirləri deputat Vahid Əhmədov Milli Məclisin iclasında Vergilər Məcəlləsinə əlavə və dəyişikliklərin müzakirəsi zamanı deyib. 
Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, millət vəkili bu sahədəki ədalətsizliyə diqqət çəkib:“Niyə Azərbaycana gətirilən malların hamısından ucdantutma 18 faizlik ƏDV tələb olunur? Niyə avtomobilə də, mebelə də, xaricdən gətirilən qida məhsullarına da 18 faiz ƏDV tətbiq edilir? Biz bu barədə əvvəllər də məsələ qaldırmışıq, Vergilər Nazirliyi əsasən bizimlə razılaşıb, amma bununla əlaqədar Milli Məclisə hər hansı bir sənəd daxil olmayıb. Bəzi mallar var ki, insanlar onlardan 15-20 ildə bir dəfə istifadə edirlər, onlara lap 35-40 faiz ƏDV tətbiq etmək olar. Ancaq gündəlik tələbat malları var ki, onlara çox aşağı, 3-5 faiz ƏDV tətbiq etmək olar”. 
Spiker Oqtay Əsədov isə V.Əhmədovun dediklərinə reaksiyası verərək “Çox ağlabatan bir təklifdir, bunu işləmək olar” - deyə bildirib.

 






Fikirlər