NEFTİN QİYMƏTİ düşəcək, ya qalxacaq? – Cavab üçün Rusiyanı İZLƏYİN!

neft

Hazırda neftin qiymətinin qalxmasına mane olan faktor, yalnız ABŞ-ın şelf şirkətləridir. Neftin qiymətlərini (fyuçersdə) izləyənlər ABŞ-ın neft hasilatının sürətli templə artdığını müşahidə edirlər.

ABŞ-ın şist yataqlarındakı neft hasilatının artım həcmi, OPEK üzvləri və həmçinin də bu təşkilata daxil olmayan ölkələrin öz aralarında razılaşdıqları hasilatın azaldılması həcmindən daha azdır.

Neftin qiymətinin yüksəlməsinin qarşısını kəsən yeganə əngəl Rusiyadır. Onu da deyək ki, praktik baxımdan hasilatın azaldılması müqaviləsində iştirak edən OPEK-ə daxil olan və olmayan ölkələr bu razılaşmanın uzadılması qərarına gəliblər, amma Rusiyanın da bunu etməsi gərəkdir. Onu da qeyd etmək vacibdir ki, Rusiya hələlik mövcud müqaviləni dəstəkləyib-dəstəkləmədiyi barədə hər hansı bir qərara gəlməyib. Amma buna baxmayaraq, Rusiya müqavilənin uzadılması barəsində gedən müazakirələrdə iştirak edib. Ekspertlərin fikrinə görə, əgər OPEK-in əldə etdiyi razılaşma bu ilin sonuna kimi uzadılacaqsa, onda neft təklifinin kəsiri, təxminən, gün ərzində bir miyon barelə çatacaq. Bu isə qlobal miqyasdakı təklifin ciddi azalacağını göstərir.

Ümumi yekunda təklifin azaldılması – məhz, bu, OPEK razılşmasında nəzərdə tutulan istiqamətdir. ABŞ-ın neft bazarında hasilatın artmasına baxmayaraq, statistika göstərir ki, həqiqətən də qlobal təklifin azaldılmasına nail olunur. Lakin hər şey dəyişilə bilər, özü də çox tezliklə.

Belə güman olunur ki, uzun illərdən sonra bazarda tələb və təklif arasında tarazlıq yaranacaq. Amma sual olunur ki, görəsən, bu cür vəziyyət daha sonra da saxlanılacaqmı? Planın reallaşdırılmasını müşahidə etməklə yanaşı, eyni zamanda da neft qiymətlərindəki hərəkətliliyin Rusiya iqtisadiyyatının sabitliyinə necə təsir göstərməsinə də xüsusi diqqət yetirmək lazımdır.

Bu razılaşmada iştirak edən bütün ölkələr hasilatın azaldılması müqaviləsinin uzadılması tərəfdarı olsalar da, onlar, həmçinin istənilən halda istehsalı yenidən sürətlə artıra biləcəklərini də bildiriblər. Rusiya da məhz bu cür söyləyib. Çünki əminliklə demək olar ki, əgər hasilatın azaldılması uzadılmazsa, onda tələb və təklif arasındakı balans yenidən sürətlə laxlayacaq. Belə olan halda təklif tələbi xeyli üstələyəcək və neft bazarının “doyması” bir qədər də dərinləşəcək. Bu isə öz növbəsində neftin qiymətinə və Rusiya iqtisadiyyatına dağıdıcı şəkildə təsir göstərəcək. Əgər Rusiya mövcud müqavilənin uzadılmasını müdafiə etməzsə, onda neftin qiyməti 20% aşağı düşə bilər. Lakin əgər bunun əksi baş verərsə, onda ehtimal edilir ki, neftin qiyməti 30%-dən artıq yüksələcək.

Əgər OPEK ölkələri müqaviləni uzatmasalar, vəziyyət əhəmiyyətli dərəcədə dəyişəcək, ancaq bu dəyişiklik digər öklələrlə müqayisədə Rusiya üçün daha çox önəm daşıyacaq. Rusiyanın iqtisadiyyatı neftin qiymətinin qalxması nəticəsində müəyyən qədər özünə gəlib, amma neftin qiyməti düşərsə, onda Rusya dövlət net şirkətlərinin gəliri, yəqin ki, indikindən 50% aşağı düşəcək.

Ona görə də, öz iqtisadiyyatı barəsində düşünməli olan Rusiyanın neft hasilatının azaldılması müqaviləsini uzatması üçün bütün əsasları var. Və gözləntilər Rusiyanın bu müqaviləni uzadacağını göstərir.

(Market Watch -ABŞ)






Fikirlər