Bazarlarda kənd yumurtası TAPILMIR (VİDEO)

Bazarlarda kənd yumurtası tapılmır (VİDEO)

Bir neçə həftədir ki, paytaxtda kənd yumurtası tapmaq müşkül məsələyə çevrilib.
Xezerxeber.az-ın məlumatına görə, satışda kənd yumurtasını günün hər vaxtı tapmaq olmur.
Vətəndaşlar deyir ki, yumurtanın qiyməti də son günlər qalxıb.
Satıcılar da yumurtanın son günlər satışa çox az gətirildiyini təsdiqləyir. Onlar deyir ki, hazırda yumurtanın maya dəyəri də qalxıb.
Bölgələrdə fərdi təsərrüfatla məşğul olanlar isə deyirlər ki, hər il bu vaxtlar toyuqlar yumurtadan kəsilir. Hazırda rayonların özündə də yumurtanın bir ədədi 25-30 qəpiyə satılır.
Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev isə bildirib ki, hazırda satışda olan kənd yumurtaları köhnədir və təzə yumurta adı ilə yüksək qiymətə vətəndaşlara satılır. O, kənd yumurtasının az olmasını havaların soyması ilə əlaqələndirir.
Aydın Vəliyev onu da bildirib ki, yerli broyler müəssisələri ölkənin adi yumurtaya olan tələbatını artıqlaması ilə ödəyə bilir.






Fikirlər