Azərbaycan 6,6 milyard dollar borcunu necə ödəyəcək? – Kredit borcumuz artır

 

US dollars in packs2015-ci il iyulun 1-dək Azərbaycanın istifadə edilmiş kreditlər üzrə xarici dövlət borcunun ümumi məbləği 6,6 milyard ABŞ dollarına çatıb.ANS PRESS-in məlumatına görə, Azərbaycanın Dünya BankıAsiya İnkişaf Bankıİslam İnkişaf Bankı,Avropa Yenidənqurma və İnkişaf Bankıkimi beynəlxalq və regional təşkilatlardan götürdüyü borc infrastruktur layihələrinə xərclənir. Buraya yol tikintisi, regionlarda su təchizatının yaxşılaşdırılması, dəmiryol nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi və s. sahələr aiddir.
Borc yükünün artmasına dolların bahalaşması da təsir edib. Eyni zamanda bu artan dinamika neft və büdcə gəlirlərinin azalan dövrünə təsadüf edir. Maliyyə Nazirliyininməlumatında bildirilib ki, xarici dövlət borcunun 7,0 faizi 10 ilədək olan müddətdə, 59,7 faizi 10 ildən 20 ilədək olan müddətdə, 33,3 faizi isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

Kreditlərin ödəmə müddətinə görə nisbəti

Xarici borcların ÜDM-yə (Ümumi Daxili Məhsul) nisbəti az olduğundan yaxın 3-5 ildə Azərbaycanda borcların qaytarılması ilə bağlı çətinlik gözlənilmir. Lakin uzunmüddətli bir dövrdə bu təhlükə yarana bilər.
İqtisadçı Kənan Aslanlının sözlərinə görə, bu, ilk növbədə ölkənin kredit reytinqinin aşağı düşməsinə, ölkəyə xüsusilə xarici mənbələrdən yeni maliyyə vəsaitlərini cəlb etməkdə çətinliklərin yaranmasına gətirib çıxaracaq. “Hətta yeni vəsaitlər cəlb olunsa belə bu, daha yüksək faizlərlə mümkün olacaq”.
Maliyyə naziri Samir Şərifov da dövlət televizyasına müsahibəsində bununla bağlı xəbərdarlıq edib. “Neftin ucuzlaşmasına baxmayaraq, dünyanın üç aparıcı beynəlxalq reytinq agentliyi olan “Standard&Poor`s”“Fitch” və “Moody`s” Azərbaycanın beynəlxalq kredit reytinqini əvvəlki, yəni “B-” səviyyəsində saxlayıb. Lakin danılmaz faktdır ki, neft ucuzlaşır və təbii olaraq bu hal bizim gəlirlərimizə təsir edir. Bununla yanaşı, geosiyasi gərginlik müşahidə olunmaqdadır ki, bu iki amil bizim reytinqimizə mənfi təsir edə biləcək amildir”, – deyə nazir bildirib.
Eyni zamanda “Standard&Poor`s” beynəlxalq reytinq təşkilatı Azərbaycanı bank sistemində risk səviyyəsi bölgüsündə 8-ci qrupa aid edib. Bu qiymətləndirmədə mövcud olan 10 qrup içərisində birinci yerdə ən aşağı risk səviyyəsi müşahidə edilən ölkələr yer alıb. Maliyyə nazirinin çıxışı isə ölkəmizin 9, hətta 10-cu qrupa qədər enə biləcəyindən xəbər verir.


Samir Şərifov – maliyyə naziri

Məhz bu səbəbdən Azərbaycan dövlət borclarının azalmasında maraqlıdır. Odur ki, neft və büdcə gəlirlərinin azalmasına baxmayaraq, gələn il dövlətin borclarının ödənilməsi xərcləri 60 faizdən çox artırılıb – 2016-cı ildə borcların ödənilməsinə 1 milyard 250 milyon manat ayrılıb. Bu, dövlət büdcəsi xərclərinin 7,7 faizi deməkdir və keçən illə müqayisədə 473,5 milyon manat daha çoxdur.
Həmin artım isə büdcədə bəzi digər xərclərin azalması hesabına mümkün olacaq. Məsələn, 2016-cı ilin dövlət büdcəsində bu illə müqayisədə elm xərcləri 12,5 faiz azalacaq. Bundan başqa, bəzi sahələrdə, xüsusilə sosial müdafiə və sosial təminat xərclərində 7 faizlik azalma var. Lakin bu, insanların əməkhaqqı və pensiya kimi xərclərinə aid deyil, azalma bəzi əlavə xərclərdə olacaq. Səhiyyə sahəsində isə 4 faizlik azalma nəzərdə tutulub.
Bununla belə, gələn il əsas maliyyə yükü olan azalma dövlət əsaslı vəsait qoyuluşu xərclərindədir (dövlət investisiya xərcləri). Bu sahədə azalma 48 faizdir (təxminən 3 milyard manat). İkinci əsas azalma isə büdcədə əsas bölmələrə aid edilməyən xidmətlər xərcində olacaq. Bu, təsnifatı verilməyən, müəyyən iqtisadi sahələrə yönəldilən xərclərdir. Bu sahədə təxminən 66 faiz azalma var. Çünki daha əvvəlki illərdə həmin xərclər bir növ rezerv kimi saxlanılıb.


2016-cı ilin dövlət büdcəsində nəzərdə tutulan azalmalar (faizlərlə)

 






Fikirlər