PUL AZALSA da yaxta alanlar artır

Pul azalsa da yaxta alanlar artır

2015-ci il dünyada iqtisadi böhranla yadda qalmasına baxmayaraq planetin varlı adamları ötən il 24 metrdən uzun olan yaxtalara daha çox pul xərcləyib. Cebhe.info xəbər verir ki, bu barədə “The Wealth Report”un hesabatında məlumat yer alıb. 

Araşdırmaya görə, yaxtalara xərclənən vəsait 40 faiz artıb. Superyaxtaların istehsalı ilə məşğul olan şirkətin nümayəndəsi Çarli Birketin sözlərinə görə, satışın həcmi 2000-ci illər səviyyəsinə yüksəlib. Ötən ilin sonuna kimi 100 metrdən uzun olan 48 yaxta satılıb. Birket bildirib ki, yaxtalarda dəb və dizayn dəyişib. Həmçinin alcılar da gəncləşməyə davam edir.
AzerTaym.az






Fikirlər