Azərbaycanda 10 ayın iqtisadi göstəriciləri - Neft hasilatı azalır, qeyri-neft sektorunda istehsal artır

2015-ci ilin yanvar-oktyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 45,9 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövründəkindən 3,3 faiz çox ümumi daxili məhsul istehsal edilib.

iqtisadiyyat-54.png

Strateq.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,  əlavə dəyərin 33,8 faizi sənayedə, 13,8 faizi tikintidə, 9,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,0 faizi informasiya və rabitə, 18,9 faizi isə digər sahələrdə istehsal edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 7,6 faizini təşkil edib. Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 2,1 faiz artaraq 4825,3 manata bərabər olub.

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 2015-ci ilin yanvar-oktyabr aylarında 22,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox sənaye məhsulu istehsal edilib. 
Sənaye məhsulunun 62,9 faizi mədənçıxarma sektorunda, 29,2 faizi emal sektorunda, 7,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. 
Mədənçıxarma sektorunda məhsul istehsalı 1,7 faiz, o cümlədən əmtəəlik qaz hasilatı 6,2 faiz artıb, neft hasilatı isə 1,8 faiz azalıb. 

Emal sektorunda qida məhsullarının istehsalı 3,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 52,5 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 46,7 faiz, poliqrafiya məhsullarının istehsalı 78,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 87,0 faiz, tikinti materiallarının istehsalı 9,9 faiz, metallurgiya məhsullarının istehsalı 2,1 faiz, hazır metal məhsullarının istehsalı 55,7 faiz, kompyuter, elektron və optik məhsulların istehsalı 98,6 faiz, elektrik avadanlıqlarının istehsalı 11,7 faiz, mebel istehsalı 9,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,1 dəfə artıb. 
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,5 faiz artmışdır. 
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 9,6 faiz artıb, neft sektorunda isə 0,6 faiz azalıb. 

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 noyabr 2015-ci il vəziyyətinə 330,2 milyon manatlıq hazır məhsul olub. 






Fikirlər