Ukraynada oğurlanan azərbaycanlı MƏMUR oğlu kimdir?

Ukraynada soydaşlarımızın oğurlanması, girov saxlanaraq pul tələb edilməsi ilə bağlı problemi araşdırmaqda davam edir. Ukraynadakı mənbələrimizdən bu məsələlər barədə yeni faktlar əldə etmişik.

Məlum olub ki, oğurlanmış soydaşlarımızdan biri "Aztelekom MMC"-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğludur.

M.Məmmədovun oğlu Kiyevdə dəbdəbəli həyat sürdüyündən cinayətkar dəstənin hədəfinə gəlib. İlk cəhddə onu oğurlamaq mümkün olmayıb, belə ki, Borispol hava limanına gedən yolda avtoqəza keçirmiş gənc kələ-beyin zədəsilə xəstəxanaya yerləşdirilmiş, müalicə almışdır. Xəstəxanadan oğurlama cəhdi də baş tutmayıb, səbəb xəstənin iki gün əvvəl təxliyə edilməsi olub. Bir müddət keçdikdən sonra adam oğruları məqsədinə çatıb, M.Məmmədovun oğlu girov götürülərək 10 milyon ABŞ dolları müqabilində azad olunacağı barədə şərt irəli sürüblər.

Hadisələrin növbəti mərhələsi barədə hələlik informasiya əldə edə bilməmişik. Qeyd olunan və Ukraynada soydaşlarımızın oğurlanması ilə bağlı başqa cinayət faktları barədə araşdırmalarımız davam edir.

AzerTaym.az






Fikirlər