56 İNSANI yedi - Dünyanın ən dəhşətli manyakı

Silsilə qətllər törədən "Vətəndaş X"…

Bu kabus 12 il davam edir. Əvvəlcə Rostov ətrafında, sonra isə Ukraynanın başqa şəhərlərində bərbad hala salınmış cəsədlər tapılır. Artıq yerli hakimiyyət yeni manyakın ortaya çıxacağından narahat olur.

 

Ukrayna sakini Andrey Çikatilo sübut olunmuş 53, özünün qeydlərinə görə isə 56 insanı qətlə yetirib. İlk cinayətinin qurbanı 1978-ci ildə 9 yaşlı qızcığaz olub. Onu zorlayaraq, öldürən Çikatilo qorxaraq 3 il qətl törətməyib.

Həmin qətldən bir neçə saat əvvəl qatili görən şahidlərdən biri danışır:

"Uşaq getmək istəmirdi, lakin adam ondan əl çəkmirdi. Görüntüsü sərt, keçəl, eynəkli olan adam nisbətən axsaq gəzirdi. Amma buna baxmayaraq, özündən əmin idi. Axşam saatlarında körpünün ətrafında iğtişaş var idi. Sonradan eşitdim ki, uşaq öldürülüb".

 

Qızın cəsədini təsadüfən yoldan keçənlər tapmışdı. Həmin şahid qadının köməyi ilə polis əməkdaşları qatilin robot şəklini çəkmişdi. Polislər qətldə ilk növbədə Çikatilodan şübhələnirdi. Lakin onu danışdırıb, sonra sərbəst buraxırdılar. Heç kimin ağlına gəlməzdi ki, bu qətlləri filologiya fakültəsini bitirmiş, mühazirələr deyən müəllim Andrey Çikatilo törədə bilər...

Çikatilonun həyatına nəzər salsaq, hər şeyi başa düşəcəyik…

Andrey Romanoviç Çikatilo 16 oktyabr 1936-cı ildə Ukraynanın Sum vilayətinin Yabloçnoe kəndində anadan olub. Onun ailəsinin sözlərinə görə, oktyabr ayına aid olmayan havada, güclü yağışda doğulan Andrey hidrosefaliya əlamətləri ilə doğulub. 12 yaşına qədər gecələr sidik saxlaya bilməməkdən əziyyət çəkib, ona görə də anası tərəfindən həmişə döyülüb.

 

1943-cü ilə onun bacısı dünyaya gəlir. Amma bu qız Andreyin doğma bacısı sayılmırdı. Niyə? Çünki onun atası artıq neçə il idi ki, cəbhədə idi. Çikatiloların yaşadığı kənd isə müharibənin əvvəlindən almanlar tərəfindən işğal olunmuşdu. Andrey öz anasının həmişə alman əsgərləri tərəfindən zorlanmaya məruz qaldığını görmüşdü və şübhəsiz ki, yeni doğulan bacısı hansısa faşistin belindən gəlmişdi. Anasının vaxtaşırı alman əsgərləri tərəfindən zorlanması balaca Andreyin aqressivləşməsinə və onda insanlara qarşı kin yaranmasına səbəb olmuşdu.

1954-cü ildə Andrey orta məktəbi bitirir və hüquq fakültəsinə qəbul olmağa çalışır. Lakin bu arzusunu reallaşdıra bilmir. Onun fikrincə, atası satqın və xalq düşməni olduğu üçün onu instituta qəbul etməmişdilər.

 

1957-1960-cı illərdə orduda xidmət edib. O hərbi xidmətini Berlində çəkib. Özünün sözlərinə görə, orduda alçaldılıb, seksual təzyiqlərə məruz qalıb.

Hərbi xidmətdən sonra o, Rostov yaxınlığında yerləşən Rodionovo Nesvetayskaya rayonuna köçür. Orada telefon stansiyasında mühəndis işləyir.

1962-ci ildə Çikatilonun bacısı Tatyana onu öz rəfiqəsi Faina ilə tanış edir və onlar evlənir. Toydan sonra Çikatilo Rostov universitetinin Filologiya fakültəsinin qiyabi şöbəsinə qəbul olur. Həmin il onların oğlu olur, lakin 8 ay sonra ölür. 1965-ci ildə qızı, 1969-cu ildə isə oğlu dünyaya gəlir.

1965-ci ildə Çikatilo rayon bədən tərbiyəsi və idman üzrə komitəsinin sədri seçilir. 1970-ci ildə o, marsizm-leninizm kursu üzrə pedaqoji institutun qiyabi şöbəsini bitirib internatların birində rus dili və ədəbiyyatı müəllimi işləməyə başlayır.

Necə olurdu ki, ağlı başında müəllim bu cür qətllər törədirdi?

9 yaşlı Lenanın cəsədinin tapıldığı yerin yaxınlığında peşə məktəbi var idi. Şübhəli şəxsin şəklini məktəb direktoruna göstərəndə o əllərini bir-birinə vurur və "Bəli, bu bizim Andrey Çikatilomuzdur. O yataqxananın komendantı işləyir" deyib.

 

Nəhayət ki, 1984-cü ildə Çikatilo Rostov mərkəzi bazarında qızlara söz atarkən saxlanılır. Onu yoxlayırlar, hətta qan analizi götürürlər. Həmin vaxt artıq o, 32 qətl törətmişdi. Bütün qətllər seksual məzmunlu idi. Tapılan cəsədlərdə bir qayda olaraq, qatilin sperması aşkar olunurdu. Amma Çikatilo saxlanılan zaman onun qan qrupunun 2, cəsədlərdə aşkar olunan isə 4-cü qan qrupu idi.

Bu necə olurdu?

Araşdırmalardan sonra izah edildi ki, zamanla qan qrupu əlamətləri dəyişə bilər. Əsasən də ətraf mühitin təsiri bunu dəyişir. Məsələn, yağış, qar və s.

 

Sudan quru çıxan qatil...

 

Bu qətllər təkcə qatilin günahı deyildi. Yataqxananın uşaqları bilirdi ki, həmin ərazidə manyak dolaşır. Lakin yenə də müəllimlərinin sözlərinə inanıb onun arxasınca gedirdilər. Qatilin yaxşı tilovları var idi. Məsələn, uşaqlara pişik balası göstərəciyini, saqqız verəcəyini və ya cizgi film göstərəcəyini söz verir və beləliklə, öz qurbanlarını asanlıqla tələyə salırdı.

Çikatilo müəllim idi? Bəli.

O, az müddət bədən tərbiyəsindən dərs deyib. Üzgüçülük dərslərindən birində 14 yaşlı qıza üzməyi öyrədir, lakin dərs vaxtı qıza qarşı təcavüzkar hərəkətlər edir. Zalda başlayan səs-küydən sonra Çikatilo məktəbdən qovulur. Bundan sonra isə peşə məktəbinin yataqxanasında komendant işləməyə başlayır.

 

Bir-birini tamamlayan qətllər…

Çikatilonun son qurbanlarından biri Şaxta şəhərindən olan 16 yaşlı Vitya Tişenko idi.  O, karate ilə məşğul olan gənc idi. Valideynləri Vityanı bilet almaq üçün Şaxta stansiyasının vağzalına göndərir. Kassir qız Vityanın simasını və arxasında fırlanan eynəkli adamı yadında saxlayır. O, biletin böyüklər, uşaqlar, yoxsa yeniyetmələr üçün lazım olduğunu soruşanda Andrey "Böyüklər! Böyüklər" – deyə qışqırır. Və Vityanın arxasınca gedir. Hadisədən bir neçə dəqiqə sonra oradakı qızlar bildirir ki, qatarların yanında gəzən bir kişi qızlara və uşaqlara sataşır. Həmin qızlar da onu təsvir edib və Rostov ətrafında gördüklərini bildiriblər.

 

Və budur, doğrudan da bu, Andrey idi. O, qatarda uşaqlar və yeniyetmələrlə oturur və söhbət edirdi. Həqiqətən də manyaka oxşayırdı. Dərhal polis əməkdaşına xəbər verilir, onun sənədlərinin yoxlanılmasına başlanılır. Məlum olur ki, bu valehedici silsilə qətlləri törədən, həmin vaxt ezamiyyətə çıxan Çikatilo imiş.

Axtarış zamanı Çikatilonun evində 32 mətbəx bıçağı aşkar edilsə də, qətlləri bunlarla törətdiyi məlum deyil. Həmçinin izi qurbanlardan birinin cəsədinin yanında tapılmış izlə uyğun gələn ayaqqabı tapılmışdı.

Onun qardaşını kim yeyib?

Onun həyat yoldaşı açıqlamalarında bildirirdi ki, əri ezamiyyətə gedəndə özü ilə qazan apararmış. Guya şorba bişirirdi. Tədqiqatçılar tapılmış cəsədlərin yaxınlığında tez-tez tonqal izləri tapırdılar. Bir dəfə ona sual verirlər ki, "Sən öz qurbanlarının kəsilmiş orqanlarını bişirib yeyirsən?". Çikatilo uzun müddət susur və bir müddət sonra özünə də aydın olur ki, o, doğrudan da insan əti yeyirmiş. Hələ uşaq vaxtı anası ona danışırdı ki, aclıq vaxtı onun böyük qardaşını yeyiblər. Bu xəbər də onun psixologiyasına ciddi təsir etmişdi.

 

Ekspertizalar başlayır

Çikatilonu danışdırmaq məşhur psixiatrlardan birinə həvalə olunur. O, manyakdan birbaşa soruşur:

"Onları öldürəndə nə hiss edirdin?" Və Çikatilo danışmağa başlayır.

O məhkəmə zamanı özünü dəli kimi aparır:

 

"Anam hamilədir".

Təbii ki, məhkəmə ekspertizası şizofreniya xəstələrini tanıyırdı. Onun ağlı başında olduğunu bilirdilər. Çikatilo bütün bu rollara sadəcə öldürülməmək üçün girirdi.

Məhkəmə zamanı Çikatilonun əhvalı yaxşı idi. Və birdən-birə bütün qətlləri etiraf etməyə başlayır. Birdən nə etdiyini dərk edir və yenidən dəli kimi qışqırmağa başlayır. Bir müddət sonra şalvarını çıxararaq çılpaq halda zalda dayanır. Hakim onu məhkəmə zalından çıxarır və bundan sonrakı bütün iclaslar Andrey olmadan keçirilir.

Məhkəmə onun uşaqlığına qayıdır…

O, uşaq vaxtı qızlardan qorxurdu. Eybəcər deyildi, güclü idi. Sadəcə kasıb ailədə doğulduğu üçün və məktəbə həmişə eyni geyimdə getdiyi üçün kompleksləri var idi. Heç bir qızın ona yaxınlaşmayacağından əmin idi. Bir dəfə kimsə onun sinif yoldaşını itələyir. Çikatilo isə həmin uşağı vuraraq metrlərlə kənara uçurur. Bundan sonra sinif uşaqları ona "güclü" ləqəbini verir.

O, başqa bir hadisə də danışırdı. Sinif yoldaşlarından birini bəyənirdi, amma ona yaxınlaşmağa qorxurdu. Rədd edilmək onu qorxudurdu. Bir dəfə bütün sinif kinoya gedir, seans başlayır, zal qaranlığa qərq olur və Çikatilo üzünü çevirəndə xoşuna gələn qızın düz onun yanında oturduğunu görür. Lakin o qədər həyəcanlanır ki, heç tərpənmədən yerində oturur, hətta filmin nə haqqında olduğunu belə bilmir. Seansın sonunda isə işıqlar yanmamış güllə kimi zaldan çıxır.

Çikatilonun qatili kim oldu?

Həmin dövrdə güllələmələr əsasən, Novoçerkasskda – həbsxanada edilirdi. Amma Çikatilonu ora aparmağa qorxurlar. Onu polis bölməsinin zirzəmisində güllələməyə qərar verirlər. Manyak güllələmələrin harada olduğunu bildiyi üçün narahat olmurdu. Çikatilo zirzəmiyə çatır və orada polislərdən biri onun boynunun arxasından güllə vurur. Lakin bunu kimin etdiyi məlum deyil.

O, ölümünü gözləyəndə Rostov jurnalistinin onun haqqında yazdığı kitabı oxuyurdu:

"Allaha yalvarıram ki, mənim kimi insanlar Yer kürəsində bir daha olmasın!".

Və o, 1994-cü ilin fevralın 14-də güllələnir./Admiral.az/






Fikirlər