Çovdarov imtina etdi - “Mənə belə vəkillər lazım deyil”

Картинки по запросу Çovdarov imtina etdi - “Mənə belə vəkillər lazım deyil”

Bir çox ağır cinayətlərdə ittiham olunan keçmiş MTN generalı, "işgəncələr kralı" Akif Çovdarov məhkəməyə oksigen balonları ilə təchiz edilmiş maskanın köməyi ilə gətirilib. 

Qafqazinfo” xəbər verir ki, A.Çovdarovun vəkilləri məhkəmə tərkibinə etiraz ediblər, vəsatət təxirə salınıb.

Akif Çovdarov çıxış edərək vəkillərindən imtina etdiyini deyib: "Bu vəkillər mənim müalicə məsələmi həll etmək gücündə deyillərsə, ümumiyyətlə, mənə vəkil lazım deyil".

Məhkəmə tərkibi Çovdarovun bu vəsatəti ilə bağlı müşavirəyə çıxıb, vəsatət baxılmamış saxlanılıb.

Müşavirədən qayıdan hakimlər prosesin sabah saat 15:00-a qədər təxirə salındığını bildirib.






Fikirlər