Bank müdirinə 10 il həbs İSTƏNİLDİ

Bank müdirinə 10 il həbs istənildi

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmdə təqsirləndirilən VTB Bankın keçmiş filial müdiri İlham Qasımova cəza istənilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan dövlət ittihamçısı çıxış edərək İ.Qasımovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, İ.Qasımov əvvəllər “KapitalBank”da, daha sonra VTB Bankda işləyib. O, işdən çıxdıqdan sonra Rusiyaya gedib və beş il orada yaşayıb, “İnterpol” vasitəsilə axtarışa verilib və saxlanılaraq Azərbaycana gətirilib. Bir neçə şəxsin adına kredit götürərək mənimsəməkdə ittiham edilir.






Fikirlər