DİSPANSERİN həbs olunan direktorundan XƏBƏR VAR

Dispanserin həbs olunan direktorundan xəbər var

25 nəfərin ölümü ilə nəticələnən yanğının baş verdiyi Narkoloji Mərkəzin həbs edilən direktoru Telman Məmmədhəsənov yeni vəkillə müqavilə bağlayıb. 

 “Qafqazinfo”nun verdiyi xəbərə görə, onun hüquqlarını vəkili Vasif İsrafilov müdafiə edəcək. V.İsrafilov məlumatı təsdiqləyib və bildirib ki, artıq T.Məmmədhəsənovla görüşüb: “Müvəkkilimin saxlanma şəraitindən narazılığı yoxdur. Hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır, ümumi olaraq səhhəti normaldır, amma müəyyən problemlər var. Belə ki, onun boyun fəqərələrindən biri implantdır. Onunla mütəmadi görüşərək müdafisinin qurulması ilə bağlı danışıqlar aparıram. Hazırda istintaq davam etdiyi üçün ittihama münasibət bildirmək tezdir”.

T.Məmmədhəsənov yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə ittiham edilir.

Onunla birgə 2-ci müalicə şöbəsinin müdiri Azad Ələkbərov və Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs – Mahir Abdullayev həbs edilib.






Fikirlər