QANUNDA dəyişiklik ediləcək - TƏCAVÜZ edənlər EDAM OLUNACAQ

Image result for edam olunacaq

Türkiyənin Ağrı vilayətində 4 yaşlı Leylanın itkin düşüb 18 günlük axtarışlardan sonra ölü halda tapılması ölkədə etiraza səbəb olub. 

AzerTaym.az  Türkiyə mətbuatına istinadn xəbər verir, iş o yerə çatıb ki, ölkənin hakim partiyası Ədalət və İnkişaf Partiyasını bu məsələ ilə bağlı hərəkətə keçib.
Bununla bağlı  AKP-nin mətbuat katibi Mahir Ünal bildirib ki, uşaqlara qarşı cinsi təcavüz cinayətlərinin qarşısını almaq üçün yeni qurulan hökumətdə edam və xədim cəzasının tətbiq edilə bilər.
Onun sözlərinə görə, yeni hökumət sistemində cinsi istismar haqqındakı qanunlarda dəyişiklik olacaq:
"Bu mövzudakı həssaslığımız göz önündədir. Uşaqlarımızı qorumaq üçün gərəkli yenilikləri edəcəyik. Edam və xədim cəzası haqqında düşünüb müzakirələr aparırıq. Hazırda gündəmimizdə qadın, uşaq, sərhəd təhlükəsizliyi kimi məsələlər var”.
Qeyd edək ki, son bir neçə gün ərzində Türkiyədə iki azyaşlı qızın itkin düşməsi, daha sonra zorlanaraq öldürülməsi məsələsi xalqı təşviş içində qoyub. Bu gün daha 3 azyaşlının itkin düşməsi xəbəri yayılıb.
Xatırladaq ki, Türkiyədə edam cəzası Türkiyə Böyük Millət Məclisinin qərarı ilə 1920-ci ildən tətbiq edilməyə başlanıb. Ancaq Avropa İttifaqının qərarı ilə 2002-ci ildə edam cəzası ləğv edilib. 

 






Fikirlər