Bu polis rəisləri haqda cinayət işi BAŞLANA BİLƏR

Bu polis rəisləri haqda cinayət işi başlana bilər

Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri bıçaqlamaqda təqsirləndirilən Müzəffər Sərxanbəylinin məhkəməsi keçirilib.

Hakim Zeynal Ağayevin icraatında olan prosesdə şahidlərin dindirilmə mərhələsi baş tutub.

Şahid Mikayıl Rəhimov bildirib ki, hadisə günü klubda olub: “Bir nəfər piyan idi, qaytardı, onu çölə çıxartdılar. Biz də çıxdıq, orada Müzəffər həmin adamın yanındaydı. Biz ondan soruşduq ki, nəsə kömək lazımdı? Bu vaxt Fərid söhbətə müdaxilə elədi, qışqırıb nəsə dedi. Bu vaxt ara qızışdı, qıraqdan Emin gəlib Müzəffərin atasını söydü. Mübahisədə Emin onu yumruqla vurdu. Sonra Müzəffər onları bıçaqladı, mən bıçaqlama anını yox, sonradan qanı gördüm”. 

Hakim bildirib ki, bu işdə şahidlərin bəziləri və zərərçəkmiş şəxslərin özlərinin əməlində də cinayət tərkibi var. Lakin istintaq buna qiymət verməyib, həmçinin işi aparan müstəntiq cinayət işində pozuntulara yol verib. İstintaq qeyd edib ki, zərərçəkmiş Emin həmin zaman ictimai borcunu yerinə yetirib, amma o orada adamı yumruqla vurub. Hökmdə həmin şahidlər və zərərçəkmişlərlə bağlı da qərar veriləcək.

Eyni zamanda hakim əlavə edib ki, zərərçəkmişlər də məhkəməyə gəlib ifadə vermir. Şahidlərin də bir neçəsi məhkəmədən yayınır. Bununla bağlı dəfələrlə Suraxanı rayon və Sumqayıt şəhər Polis İdarələrinə müraciətlər edilsə də, məhkəmənin qərarı yerinə yetirilmir və məhkəməyə müraciətlə bağlı hər hansı cavab verilmir. 

Z.Ağayev bildirib ki, Daxili İşlər Nazirliyinə adıçəkilən polis idarələrinin rəisləri barədə məktub göndərilsin. Əgər növbəti prosesdə məhkəmənin qərarı icra olunmasa, Suraxanı və Sumqayıt polis rəisləri haqda cinayət işi başlanılması üçün qərardad çıxarıla bilər: “Bizim təcrübəmizdə belə hallar olub”.

Qeyd edək ki, hadisə 2018-ci il may ayında Bakının Bülbül prospektində yerləşən gecə klublarından birinin qarşısında baş verib. M.Sərxanbəyov məhkəmədə bildirib ki, orada dayanıb ağlayan bir dilənçiyə yaxınlaşmasına görə digər şəxslərlər mübahisəsi yaranıb: “Klubun qabağında bir dilənçinin ağladığını gördüm, soruşdum ki, sənə nə olub? Kənarda dayananlar da “Sənin nə işinə qalıb, dilənçi niyə ağlayır?” dedilər. Mən isə onlara yolları ilə getməyi məsləhət gördüm, bundan sonra mübahisə yarandı. Məni söydülər, vurdum”.

M.Sərxanbəyli istintaq zamanı azadlıqda olub, məhkəmənin hazırlıq iclasında həbs edilib.






Fikirlər

Şərh müəllifi: Angelavof                 Tarix: 6 noyabr 2018 13:59                 [ Cavabla ]
правда красивые и не как
Думаю, сколько нет.

дом из бруса

                        

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi